Ermənilərin mədəni həyatı

19-cu əsrin 70-ci illərindən ermənilər Bakı şəhərinin mədəniyyət həyatında öz əhəmiyyətli yerini tutdular. Şəhərin erməni icması sayyəsində Bakıda xüsusən teatr inkişaf etdi. 

Bakıda erməni teatr həyatı 1870-ci ildə başlanmışdır haçan ki,  varlı N.Qrasilnikyanın evində Avag Grikoryantsın məktəb şagirdlərindən ibarət aktyorlar qrupu işləməyə başladı. O, şəhərin teatr həyatını aktivləşdirdi. İlk tamaşa üçün N.Puğiyanın “Dalal Ğağo” və Sundukyanın “Gecə sabrı xeyrdir” əsərləri seçilmişdi. 1871-ci ildən qrupa Gevorg Amirağyan başçılıq etmişdir. Öz fəaliyyəti ərzində teatr qrupu M.Vanandetsinin “Böyük Nerses”, N.Aladatyanın “Vay, mənim itmiş əlli qızılım”, G.Sundukyanın “Yıxılmış ocaq”, “Daha bir qurban” və Şillerin “Quldurlar” pieslərini oynamışdır. 

Bakının erməni teatrında ən yaxşı erməni aktyorlar nümayəndələri işləmişlər – Siranuyş, G.Petrosyan, H.Abelyan, G.Avetyan, O. Maysuryan, P.Araksyan, A.Vruyr, A.Harutyunyan, Varduhi, İ.Alixanyan, A.Xitaryan, S.Adamyan və başqaları. Bu aktyorlar qrupunun təsiri Bakının ictimaiyyəti üzərinə ciddi idi. Ermənilər erməni klassik, müasir, eləcə də rus, avropalı dramaturqiyanın ən məşhur pieslərini səhnələşdirmişlər, məsələn Ostrovskinin “Səmərəli vəzifə”, “Günahsız müqəssirlər”, Paronyanın “Hörmətli dilənçilər”, “Pağtasar Axbar”, Şekspirin “Yüyənsizin noxtalanması”, Sundukyanın “Peposu”, Gogolun “Revizoru” və s. Erməni “Humanitar təşkilatının” təşəbbüsuylə və dəstəyiylə 1884-cü ildə Bakının erməni teatr birliyi yaradılmışdır ki, o da tear həyatını daha aktivləşdirib.

1906-cı ildə ictimai-siyasi xadim K.Xatisyanın səyləriylə Bakıda “Erməni kultura birliyi” əsaslanıb ki, onun da məqsədi ümumtəhsil və mütəxəssis məktəblərinin şəbəkəsini genişləndirmək idi, eləcə də ədəbiyyatın nəşriyyatına, erməni dilinin, səhnə işinin, musiqinin, təsviri sənətin və memarın inkişafına yardım etmək idi. Birlik konsertlər, tamaşalar təşkil edirdi, xorlar, teatr qrupları yaradırdı, eləcə də Bakının erməni teatrının genişləndirilməsinə dəstəkləyirdi. 1912-ci ildə Mayilyanlar böyük teatrında Zaqafqaziyada ilk dəfə olaraq T.Çuxacyanın “Leblebici Hor-hor ağa” satirik operası səhnələşdirilir. Bakının “Erməni kultura birliyinin” fəaliyyəti Bakı ermənilərinin qırğınları nəticəsində 1918-ci il sentyabrında dayandırılıb.


1910-20-ci illərdə Bakıda Amiragonun (Amirağyan) opera və Y.Voskanyanın drama-operet qrupları işləmişdir ki, onlarda Arus Voskanyan, Garagaşyan, Ohanyan və başqaları iştirak etmişlər. Tamaşalar əsasən Mayilyanlar teatrında səhnələşdirilirdi. Bu operet qrupları Bakı ictimaiyyətinə Aylamazyanın “Aşıq Ğarib”, G.Yeritsyanın “Gec olsun, şirin olsun”, Har. Tumanyanın “Başqaları” və digər operetlər təqdim etmişlər, dramalardan isə “Hamlet”, “Orleanın bakirəsi”, “Medea”, “Qədim Tanrılar”, “Sarsaq”  təqdim edilib.

Bakıda Anton Mayilyanın təşəbbüsüylə 1910-1917-ci illərdə “Teatr və musiqi” kitabı nəşr olunub ki, o da Bakı ermənilərinin bütün mədəni həyatını təqdim edirdi. 1920-ci ildə Mayilyan Şərqi teatr-musiqi studiyasına rəhbərlik etmişdir hansının ki, erməni, azərbaycanlı və rus bölmələri vardı. Gələcəkdə bu studiya Buniyat-zadə adıyla adlandı və teatr təhsil müəssisəsinə çevrildi. Eyni zamanda o, konservatoriya müdiri idi və azərbaycanlı qadınların musiqi dram studiyasına başçılıq edirdi. Mayilyan çoxsaylı operetlər və uşaq operaları yazmışdır, erməni və azərbaycanlı teatrlar tamaşaları üçün musiqi yazmışdır, eləcə də “Hindi gözəl qadın” baletinin və “Safa” operasının müəllifidir. Bakıda həmçinin məşhur bəstəkar Anuşavan Ter-Ğevondyan yaşamış və yaratmışdır kim ki, 1934-1938-ci illərdə Bakı konservatoriyasının müdiri olmuşdur.

Bakı ermənilərinin musiqi həyatında aşıqların əhəmiyyətli rolu vardı. Onlar evdən evə gezmişdilər, aşıq yarışlarında iştirak etmişdilər. Xüsusən aşıq Doni gözə gəlirdi kim ki, o vaxtlarda aşıqların ustası kimi tanınmışdı. 19-cu əsrdə həmçinin aşıq Seyad (Petros Madatyan) yaşamışdır kimin ki, böyük şöhrəti vardı. 1885-ci ildə Bakıda öz xoru ilə Qara-Murza çıxış etmişdir, 1886-cı ildə isə, Makar Yekmalyan erməni kilsəsində öz məşhur İbadətinə rəhbərlik etmişdir. 1908-ci ildə Bakıda həmçinin mühazirələr və öz xoru ilə Komitas çıxış etmişdir ki, onun da təsiri şəhərin mədəni həyatında xeyli idi. 

1902-ci ildən Bakının musiqi həyatında dirijor A.İoannisyan aktiv rol oynayıb kim ki, azərbaycanlı xalq alətlərinin ilk ansamblını yaratmışdır. 

Ermənilərin rolu həmçinin Bakı şəhərinin təsviri sənət sahəsində böyükdür. Burada Başincağyanın (1885), Surenyantsın (1901) sərgiləri açılmışdır. Bunlar şəhərin mədəni həyatında əhəmiyyətli hadisələr idi. 1923-ü ildə açılmış “Hayartan”-ın rəsmi budağı sərgilər, müzakirələr təşkil etmişdir ki, orada da rəssamlar Vardan Ter-Poğosyan, Eaçi Proşyan, Muşeğ Sağyan, Ş.Mangasarov iştirak etmişlər. 

Azərbaycan Sovet Respublikası gerbinin müəllifi rəssam-cizgiçi R.Şıxkyandır. Yarım əsrə qədər Bakının bədii məktəbində teatr rəssamı A.Hovhannisyan dərs vermişdir kimin ki, Bakı ziyalıları sırasında böyük nüfuzu  var idi.