Erməni iş adamları Bakıda

Ermənilər Bakıda iqtisadi, ticari və inşaat fəaliyyəti genişləndiriblər. Onlar xüsusən neft hasilatı sahəsində aktiv olmuşlar. 1850-54-cü illərdə Bakının ən böyük podratçıları Tiflisdə yaşayan tacirlər Ququcanyan, Babanasyan, general Ter-Ğukasyan, daha sonra da Hovhanes Mirzoyan olmuşlar. Bakının ilk sənaye neft quyusu H.Mirzoyana mənsub idi. 

Rəsmi məlumatlara əsasən, 1846-cü ildə Rusiya ilə Zaqafqaziyanın bütün ticarəti ermənilər əlində idi və 5.534.600 rubli təşkil edirdi. Erməni kapitalın nümayəndələri təzə işgüzar sahələrdə cəlb olunurdular. 
1872-ci ildə hökumətin elan etdiyi müzayidəsi nəticəsində neft quyularının sahibkarları 12 rus, 11 erməni iş adamı olur (H.Mirzoyan, G.Lianosyan və başqaları) və “Souçastniki” adıyla bir erməni şirkəti olur ki, onun da əsasını Bogdan Doluxanyan və Minas Qaçqaçyan qoymuşdular. 1878-ci ildə Şuşi şəhərdən olan Samvel Bağiryan və Harutyun Madatyan Bruno de Bur ilə birləşməklə “Xəzər şirkəti” neft sənayesi və ticarət firmasının əsasını qoyurlar ki, o da 1888-ci ildə Ğukasyan qardaşlarına və Hovhannes Ter-Markosyana keçir.
Bakının erməni iş adamları sırasında görkəmli nümayəndələrindən Aleksandr Mantaşyan idi kimin ki, neft sənayesində böyük nüfuzu vardı. 1894-cü il fevral ayında Al. Mantaşyanın erməni qruplaşması və “Bakının kerosin zavodlar sahibkarları birliyi” arasında saziş  bağlanır ki, onunla da erməni iş adamlarına dünya bazarına çıxmağa yol verilir. 

1902-ci il məlumatlarıyla, Bakıda və yaxın rayonlarda işləyən 136 müəssisə 636.528.852 put neft hasil etmişdir, qabaqcıl 24 şirkətlər isə, 521 milyon put neft. Bu 24 şirkətdən 13-ü erməni idi ki, onlar da neftin ümumi həcminin 39 faizini istehsal etmişlər. 

1907-ci il məlumatlarıyla Bakıda istehsal olunan 448 milyon put neftin 54.4 faizi və 1917-ci il məlumatlarıyla hasil olunmuş neftin 368 milyon put neftin ümumi həcminin 53 faizi erməni şirkətlər tərəfindən hasil olunub.
 
19-cu əsrin axırında qısa müddətdə bir sıra yeni erməni şirkətlər təşkil olunub. Erməni iş adamlarının böyük nüfuzu var idi və onlar bütün vilayətin iqtisadiyyatı inkişafında mühüm rol oynayırdılar. “Mirzoyan və qardaşları”, “Mantaşyan və dostları”, “Aragats”, “Araks”, “Ğukasov qardaşları”, “Lianosov və dostları”, “Aramazd”, “Ararat”, “Masis”, “Astğik”, “Syunik”, “Aralo-Xəzər” və ermənilərə mənsub olan onlarla digər şirkətlər əsasən neft hasilatı ilə məşğul olurdular, öz xüsusi nəqliyyat vasitələri var idi, o cümlədən dəniz vasitələri. Ümumiyyətlə 1912-ci ildə Bakıda  öz gəmiləri olan 66 şəxslər və şirkətlər var idi ki, onlardan 14-ü erməni idi və onların 24 gəmisi var idi. Hakob və Hovhannes Avetyanner (“Menastan”), H.Adamyan (“Vahan”), Erməni paroxod şirkəti” (“Aşot Yerkat”, “Amasia”), “Volga şirkəti”, “Xəzər dəniz yaxınlardakı ticarət-sənaye şirkəti” (“Vaspurakan”) və s. Hətta bir sıra azərbaycanlılar öz gəmilərini erməni adlarıyla adlandırıblar: məsələn Aşurbekovun və Cəfərin gəmisi “Avetik” adlanırdı, Babaşevin gəmisi isə, “Masis”, Quliyevin gəmisi “Arşak”, Məmmədovun gəmisi “Ararat” adlanırdı. 

Erməni iş adamı G.Lianosyan regionda balıq və balıq məhsulları istehsal edən ən böyük sahibkar idi. Birinci Dünya müharibəsi ərəfəsində onların balıqçılıqları ən yaxşı texnika ilə dolu idilər. Balıq sənayesinin inkişafında həmçinin Venetsovlar ailəsinin rolu əhəmiyyətli idi. Ticarət, sənaye sahələrində harada ki, ermənilər böyük irəliləyiş protokollaşdırırdılar, biznesin sürməsinin bir xüsusiyyət qeydə alınmalıdır: hər erməninin bizesində öz doğmaları cəlb olunurdular, yəni biznesin milli xarakteri vardı. 

Qeyd etmək lazımdır ki, ermənilər yalnız iqtisadi sahədə çalışmırdılar, onlar özləri o elmi əsası qururdular ki, onun da sayyəsində iqtisadiyat inkişaf edirdi. 1911-ci ildə qazma quyu dəzgahlarının, alətlərinin, borularının istehsalıyla 41 zavod və şirkət məşğul olurdu ki, onlardan 19-u erməni şirkətlər idi. Neft meydanlarında 194 müxtəlif emalatxanalar var idi ki, onlardan 95-inin sahibkarları ermənilər idi. 

1904-cü ildə Bakıda 2 papiros zavodu vardı və onlardan biri Mirzabekyan qardaşlarına mənsub idi, digəri isə, Sargis Qaragözyana və Avet Arakelyantsa. 1914-cü ildə hazırkı Azərbaycan ərazisində 7 papiros zavodu vardı ki, onların bütün sahibkarları ermənilər idi.

1891-ci ildə Piliposyants qardaşları Bakıda ilk şokolad fabrikasını əsaslandırdılar ki, o da Qafqazda tək fabrika idi. Eyni ildə Bakıda A.Xaracyan Qafqazda ilk güzgü fabrikasını qurur. S.Melik-Ğulambaryantsın doğal meyvə şirələri və mineral sular fabrikası bütün Zaqafqaziyada tək idi. 

Bakıda içiləsi su problemini həll etmək və Kür çayının suyunu şəhərə çatdırmaq  üçün tacir M.Saqanyan çayağzında göllər tikmiş, qazma boruları keçmiş, hətta limanı kirələmiş və gəmilərlə şəhərə təmiz su çatdırmışdır. 

1900-cü illərdə manufaktura ticarətində həmçinin qabaqcılı “Xəzər dəniz ticarət-sənaye şirkəti” idi (sədri S.Ter-Ohanyan idi, idarə üzvləri- M.Saruxanyan, H.Tumanyan, C.Ter İsrayelyan, H.Şxyants). Ermənilərin rolu həmçinin ipəkçilik, pambıqçılıq budaqlarında böyük idi. 1907-ci ildə şəhərdə işləyən 154 şirkətdən 89-u ermənilərə aid idi. Şəhərdə ən  böyük ticarət evinin sahibkarları Tumanyan qardaşları idilər.

Bakının maliyyə sistemində həmçinin ermənilərin rolu qiymətləndirilməz idi. 1875-ci ildə “Qarşılıqlı kredit şirkətinin” müdirləri A.Tavrizyan, M.Mamikonyan, daha sonra Ayvazyan qardaşları idilər. 1902-ci ildə Bakıda daha bir maliyyə müəssisə yaradılıb- “Şəhər kredit təşkilatı” ki, onun da idarə rəisi rus idi, müdirləri isə, A.Ayvazyan, A. Xanağyan idilər. Bakı hakimiyyətlərinin pulları saxlanmışdır ki, onlar üzərində erməni dilli imzalamalar görə bilərik.

Beləliklə, Bakı erməniləri 19-cu əsrin axırında və 20-ci əsrin əvvəlində tam həyat ilə yaşayırdı, neft sənayesi, ticarət və istehsalatın müxtəlif budaqlarında, maliyyə-bank sistemində qabaqcıl yer tutmaqla.